- 414
One UI 8-in ilk icmal videosu yayımlandı!
Samsung, hələ One UI 7 versiyasını tam şəkildə təqdim etməkdə çətinlik çəkdiyi bir vaxtda, Android 16 əsaslı One UI 8 üzərində işlərini davam etdirir. Artıq yeni sistemin erkən beta versiyasına aid ilk icmal videosu da internetdə yerini alıb.
Bir neçə gün öncə One UI 8-ə dair ilk ekran görüntüləri yayıldı və bu dəfə Galaxy Z Flip 6 üzərində çalışan yeni sistemin erkən versiyasının videosu paylaşıldı. İcmala əsasən, mövcud versiya One UI 7 ilə çox bənzər görünür. Amma bəzi yeniliklər var ki, bunlar əvvəldən planlaşdırılsa da, Samsung tərəfindən One UI 7-də təqdim olunmamışdı.
Bu yeniliklər arasında ən diqqət çəkəni Now Brief funksiyasıdır. Hazırda yalnız Galaxy S25 seriyasında mövcud olan bu xüsusiyyət, One UI 8 ilə artıq digər cihazlara da gələcək. Eyni zamanda kamera tətbiqinə log video çəkilişi də əlavə olunub.
Digər dəyişikliklər arasında isə Quick Share tətbiqinin yenilənmiş dizaynı, Qalereya menyusunda dəyişikliklər, həmçinin fayl menecerindəki kiçik dizayn toxunuşları yer alır.
Yeni versiya, One UI 7-də olduğu kimi böyük dəyişikliklər gətirməsə də, daha sabit və funksional görünür. Bu səbəbdən, One UI 7-də yaşanan gecikmələrin One UI 8 üçün təkrarlanmayacağı gözlənilir.
Texnologiyadan xəbərdar olmaq üçün Telsat Xəbərləri izləməyi unutmayın.